ABŞ-də meşə yanğını: 20,425 hektar ərazi külə döndü

ABŞ-də meşə yanğını: 20,425 hektar ərazi külə döndü
DÜNYA
14:52 20.05.2025
304
ABŞ-nin Arizona ştatında bir həftə əvvəl baş verən meşə yanğını hazırda 20,425 hektar ərazini külə çevirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, alovla mübarizəyə 736 şəxsi heyət cəlb olunub.
 
Mayın 13-də ABŞ-nin Arizona ştatında baş verən "Greer yanğın”ı söndürmək mümkün olmayıb. Alovlar indiyədək 20,425 hektar ərazini külə çevirib. Yanğının yalnız 38 faizi nəzarət altına alınıb.
 
Adını Arizona ştatının White Mountains bölgəsindəki kiçik bir yaşayış məntəqəsindən alan yanğının daha da yayıla biləcəyini göstərən "qırmızı bayraq” xəbərdarlığı edilib.
 
Arizona qubernatoru Keti Hobbs sürətlə yayılan alov səbəbiylə mayın 17-i şənbə günü Apaçi dairəsində fövqəladə vəziyyət elan edib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR