ABŞ-də "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı

ABŞ-də "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı
DÜNYA
11:49 13.06.2026
278
ABŞ-nin bir neçə ştatının baş prokurorlarından ibarət koalisiya məşhur "ChatGPT" çat-botunu yaradan Amerikanın "OpenAI" şirkətinə qarşı təhqiqata başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 12-də şirkətə onun daxili siyasəti, reklam fəaliyyəti, istehlakçı məlumatlarının işlənməsi, dərin öyrənmə modelləri, həmçinin yetkinlik yaşına çatmayanlar və yaşlı insanlarla bağlı fəaliyyətlərinə dair sənədlərin təqdim edilməsi barədə genişhəcmli məhkəmə sorğusu göndərilib. "OpenAI" nümayəndəsi nəşrə açıqlamasında bildirib ki, şirkət ştatların baş prokurorlarının narahatlıqlarına ciddi yanaşır və konstruktiv əməkdaşlığa tam hazırdır.
OXŞAR XƏBƏRLƏR