ABŞ-ni vuran qasırğa nəticəsində 3 nəfər həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ABŞ-nin Oklahoma ştatında baş verib.
Rəsmilər, Oklahoma Sitidən təxminən 10 mil cənubda yerləşən Mur şəhərində avtomobillərini sel suları altında aparması nəticəsində iki nəfərin öldüyünü bildirib.
Hughes qraflığının Spauldinq şəhərində tornadodan sonra bir nəfərin öldüyü də qeyd olunub.
Rəsmilər sakinlərə ekstremal hava şəraitindən ehtiyatlı olmaları barədə xəbərdarlıq edib.
Oksana