ABŞ dəniz yolu ilə İranın blokadasını sərtləşdirir

ABŞ dəniz yolu ilə İranın blokadasını sərtləşdirir
DÜNYA
22:42 18.11.2026
58
ABŞ hərbçiləri İrandan yola düşən istənilən gəminin dənizdə yük qəbul etməsini dəniz blokadasını yarmaq cəhdi kimi qiymətləndirəcək.

AZXEBER.COM "Ynet"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

"Belə gəmilər saxlanılacaq, yoxlanılacaq, ələ keçiriləcək və ya geri, İran limanlarına göndəriləcək", - komandanlıqdan bildirilib.

CENTCOM-un məlumatına görə, əməkdaşlıqdan imtina edildiyi təqdirdə, ABŞ hərbçiləri bu gəmilərə hətta hücum da edə bilərlər.
OXŞAR XƏBƏRLƏR