ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti terrorizmlə mübarizədə uğur qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan hökuməti terrorizmlə mübarizədə uğur qazanıb
Bütün Xəbərlər
18:27 01.08.2012
1073
Azərbaycan hökuməti ölkədə terrorçu vasitəçilərin azaldılmasında müəyyən nailiyyətlər əldə edib və onların fəaliyyətinə maneələr törədir. AZXEBER.COM-un verdiyi xəbərə görə, bu, ABŞ Dövlət Departamentinin Terrorizmlə Mübarizə İdarəsinin ölkələr üzrə 2011-ci il üçün məruzəsində qeyd edilib. Birləşmiş Ştatlar Dövlət Departamentinin rəsmi saytındakı məruzədə bildirilir ki, Azərbaycan Qafqazdan insan, pul və avadanlıq keçirmək istəyən terrorçu qruplaşmalara qarşı aktiv mübarizə aparır. Azərbaycanın hüquq-mühafizə orqanları ölkədə işləyən terrorçu qrupları və vasitəçiləri izləyir, sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün lazimı tədbirlər həyata keçirir.
OXŞAR XƏBƏRLƏR