“Bu, bir zərbə cəhdi idi”.
Türkiyənin baş naziri ABŞ-ın Türkiyənin milli təhlükəsizliyini maraqlandıran addımlar atmalı olduğunu deyib.
AZXEBER.COM ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın bildirdiyinə görə, 17 dekabr və 25 dekabrda atılan addımlar zərbə cəhdinə çevrilib:
“Bu, bir zərbə cəhdi idi. Vətəndaş zərbəsi. Bunu etdilər. Əgər mən baş verənlərə qarşı səssiz qalmış olsaydım, hadisələr çox fərqli yerlərə gedə bilərdi. ABŞ bunları deportasiya etməlidir. Mən Amerikanın təhlükəsizliyini təhdid edənlərə nə edərsəm, strateji tərəfdaşımız olan ABŞ da bizim milli təhlükəsizliyimizi maraqlandıran addımlar atmalıdır”.
Ərdoğan həmçinin Twitter ilə bağlı da danışıb və şirkətin eyni ABŞ-dakı kimi Türkiyədə də vergi verməli olduğunu söyləyib.
Twitterin türk məhkəmə qərarları ilə razılaşmadığını da vurğulayan Ərdoğan şirkətin yerli məhkəmənin vermiş olduğu qərara uyğun addım atmasının vacibliyini qeyd edib.