ABŞ-İran arasında münasibətləri gərginləşdirəcək hücum baş verib

ABŞ-İran arasında münasibətləri gərginləşdirəcək hücum baş verib
DÜNYA
18:34 26.03.2024
142

Gecə saatlarında ABŞ-nin Suriyanın Deyr əz-Zor əyalətinə endirdiyi hava zərbəsi nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun əsgərlərindən birinin həyatını itirdiyi bildirilib.

AZXEBER.COM xəbər verir ki, Mehr Xəbər Agentliyinin məlumatına görə, İran əsgəri Behruz Vəhidi ABŞ-nin Deyr əz-Zora endirdiyi hava zərbəsi nəticəsində həyatını itirib. İnqilab Keşikçiləri Ordusunun əsgəri Vahidinin rütbəsi barədə məlumat verilməyib. 

Bildirilib ki, ABŞ Suriyanın Deyr əz-Zor əyalətində Bəşər Əsəd rejiminin tərəfində İranın dəstəklədiyi qruplara məxsus birdən çox hərbi məntəqəyə hücum edib. 

Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-nin dəstəklədiyi terror təşkilatı PKK/YPG-nin işğalı altında, şəhər mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

Suriyanın Deyr əz-Zor əyalətində ABŞ ordusunun yerləşdiyi bazalara mənşəyi məlum olmayan silahlı pilotsuz uçuş aparatları (PUA) və yerdən-yerə silahlardan istifadə etməklə hücumlar həyata keçirilir. 

Fəratın qərbində İranın dəstəklədiyi qruplar da zaman-zaman mənşəyi məlum olmayan təyyarələrin hədəfinə çevrilir.

Gülay

OXŞAR XƏBƏRLƏR