ABŞ-İran danışıqlarının növbəti raundu aprelin 19-da keçiriləcək

ABŞ-İran danışıqlarının növbəti raundu aprelin 19-da keçiriləcək
DÜNYA
20:12 12.04.2025
234
ABŞ ilə nüvə danışıqlarının növbəti mərhələsi aprelin 19-da baş tutacaq.
 
AZXEBER.COM "APA"ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlardan sonra deyib.

XİN rəhbəri bildirib ki, gələn şənbə günü Maskatda keçiriləcək danışıqların ikinci raundunda İran və ABŞ potensial razılaşmanın ümumi çərçivəsini müzakirə edəcək.

Nazir danışıqların konstruktiv, sakit və hörmətli bir mühitdə keçdiyini qeyd edib. O danışıqların iki saat yarım davam etdiyini, Omanın xarici işlər nazirinin iki tərəf arasında dörd dəfə fikir mübadiləsi apardığını deyib.

Onun sözlərinə görə, bugünkü danışıqlarda hər iki tərəf qarşılıqlı məqbul razılaşmaya doğru irəliləməyə hazır olduğunu nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR