ABŞ-İran gərginliyi: Avropanın üç ölkəsi Tehrana təminat verdi
DÜNYA
23:48 02.08.2026
222
"Bolqarıstan, Böyük Britaniya və Ukrayna rəsmi Tehrana ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyatında iştirak etməyəcəklərinə dair təminat veriblər".
Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai dövlət televiziyasının efirində bildirib.
"Son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan çoxsaylı zənglər daxil olub. Söhbət ondan gedib ki, onlar İranla müharibədə iştirak etməyəcəklər", - diplomat bildirib.
Qeyd edək ki, ABŞ-İran münaqişəsində növbəti gərginlik mərhələsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə zərbə endirib. ABŞ tərəfi bunu Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab kimi izah edib.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını açıqlayıb. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazilərində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
İyulun 29-da Tramp ABŞ-ın İrana qarşı zərbələri davam etdirmək niyyətində olduğunu bildirib.