ABŞ İrana qarşı sanksiyaları yüngülləşdirib

SİYASƏT
16:45 11.09.2013
1197

ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları yüngülləşdirib. ABŞ Maliyyə Nazirliyi İrana humanitar və idman sahəsi ilə bağlı tətbiq etdiyi sanksiyaları ləğv edib.

Bu addım ABŞ-ın İranla əlaqələrini gücləndirmək və Barak Obama hökumətinin bu ölkəyə qarşı yaxşı niyyətini göstərmək üçün atılıb. Qərara əsasən, artıq humanitar sahələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) İrana daxil olmaq və bu ölkədə fəaliyyət göstərmək üçün icazə almağa ehtiyac duymayacaqlar. Eyni zamanda bu sanksiyanın ləğvi ilə amerikalı idmançılar da xüsusi icazə olmadan İrana səfər edə və müxtəlif idman sahəsində fəaliyyət göstərə bilərlər. 

Qeyd edək ki, ABŞ rəhbərliyi bu il ikinci dəfədir İrana qarşı sanksiyaları yüngülləşdirmək barədə qərar qəbul edir. Bu qərarların əslində İranın yeni prezidenti Həsən Ruhaninin dünya ilə əlaqələri yaxşılaşdırma niyyətində olmasına bir reaksiya mahiyyəti daşıdığı vurğulanır.//apa

 

OXŞAR XƏBƏRLƏR