ABŞ-İsrail hücumlarında 105 mülki obyektə zərbə endirilib

ABŞ-İsrail hücumlarında 105 mülki obyektə zərbə endirilib
DÜNYA
12:51 05.03.2026
190
İranda ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində 105 mülki obyektin zərər gördüyü bildirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Məlumat Defapress xəbər saytı tərəfindən dərc edilib.

Açıqlamada qeyd olunub ki, hücumların başlanğıcından bu günə qədər 174 yaşayış məntəqəsində 636 nöqtəyə ümumilikdə 1332 zərbə endirilib. Nəticədə 105 mülki obyekt zərər görüb.

Bildirilir ki, Marağa, Urmiya, Lamərd, İsfahan, Həmədan, Kürdüstan və Kirmanşah şəhərləri ilə yanaşı, Tehranın bəzi ərazilərində mülki yaşayış məntəqələri birbaşa hücuma məruz qalıb və ciddi ziyan görüb.

Zərər çəkən obyektlər arasında müxtəlif şəhərlərdə yerləşən 7 Qızıl Aypara şöbəsi və 14 səhiyyə və tibb mərkəzinin də olduğu vurğulanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR