ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
DÜNYA
22:39 03.10.2026
234
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib.

Bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir.

Amerika hərbçiləri "Alovlu avanqard" əməliyyatı çərçivəsində Texas ştatındakı Rio-Qrande çayı vadisi ərazisində yerləşdirilib. Meksika rəsmiləri qeyd edib ki, bu addımlar sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və potensial təhdidlərin aşkarlanması üzrə imkanların genişləndirilməsinə yönəlib.

Öz növbəsində, Meksika HDQ "Qılınc" əməliyyatı çərçivəsində Tamaulipas ştatındakı sərhədyanı Matamoros şəhərinə 159 hərbçi, 11 nəqliyyat vasitəsi və iki pilotsuz uçuş aparatı (PUA) göndərib.

Mexikoda vurğulayıblar ki, iki ölkənin qarşılıqlı fəaliyyəti suverenliyə hörmət və qarşılıqlı etimad əsasında reallaşdırılır. Meksika HDQ şimal sərhədində patrul xidmətini davam etdirəcək, tərəflər arasında məlumat mübadiləsi isə müəyyən olunmuş kanallar vasitəsilə həyata keçiriləcək.
 
///report///

OXŞAR XƏBƏRLƏR