ABŞ mətbuatı Trampın Şəraa ilə görüşünü tənqid etdi: “Terrordan masaya”

ABŞ mətbuatı Trampın Şəraa ilə görüşünü tənqid etdi: “Terrordan masaya”
DÜNYA
13:58 14.05.2025
570
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Ər-Riyadda ev sahibliyi etdiyi sammitdə terror siyahısında olan Suriya prezidenti Əhməd əl-Şara ilə görüşməsi Amerika mətbuatında sərt tənqidlərə səbəb olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu vəziyyət ABŞ-nin xarici siyasətindəki uyğunsuzluğunun nümunəsi kimi qiymətləndirilib.

"Washington Post" qəzeti "Terrordan masaya: Trampın şübhəli diplomatiyası” başlığı ilə Trampın bu addımını "xarici siyasətdə uyğunsuzluğun nümunəsi” kimi qiymətləndirib. Qəzet bu ifadələrə yer verib: "Dünənə qədər terrorçu kimi qələmə verilən bir liderlə bu gün İbrahim razılaşmaları haqqında danışmaq ABŞ-ın beynəlxalq etibarını sarsıdır”.

"The New York Times” qəzeti "Unudulan Demokratiya və İnsan Haqları” başlığı ilə dərc etdiyi təhlilində "Suriyada yüz minlərlə mülki şəxsin ölümünə görə məsuliyyət daşıyan liderlə görüş, ABŞ-ın dəyərlərini deyil, praqmatik maraqlarını ön planda tutduğunu göstərir” kimi qiymətləndirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR