ABŞ Prezidenti Co Baydenə müxalif bir şəxsin hökumət üçün işləyən atasının başını kəsərək öldürməsi ABŞ-ı qorxuya salıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, qatilin vəhşicəsinə qətlə yetirilmiş atasının kəsilmiş başı ilə çəkdiyi videoda camaatı qırğına çağırması izləyənləri dəhşətə gətirib.
Pensilvaniyada yaşayan 32 yaşlı Castin Mohn bazar ertəsi gecəsi birlikdə yaşadıqları evdə federal hökumətdə işləyən 68 yaşlı atası Mayklın başını kəsərək öldürüb. Mohn hadisədən sonra YouTube-yə 14 dəqiqəlik video yükləyib və atasının çantaya qoyduğu kəsilmiş başını kameraya tutaraq Bayden administrasiyasına sərt sözlər deyib.
Ətrafındakı bir çox insanın onu məsih kimi gördüyünü və prezident olmasını istədiyini iddia edən şəxs yaxınlarını da Bayden hökumətinə işləyən tanışlarını öldürməyə çağırıb.
ABŞ rəhbərliyinin yüksək rütbəli üzvlərini öldürənlərə 1 milyon dollar verəcəyini də söyləyən və ABŞ-da "kommunist sui-qəsdi” olduğunu iddia edən şəxs "Hazırda bunun üçün 10 milyon dollarım var., lakin daha çoxuna ehtiyac var. Ümid edirəm ki, amerikalılar vətən sevgisi ilə bu xain idarəçiliyə qarşı mübarizəni davam etdirəcəklər” - deyə o bildirib.
Dəhşətli video saatlarla "YouTube"də qaldıqdan sonra dünən silinib, lakin ölkədə böyük əks-səda yaradıb.
Qeyd edək ki, Castin Mohn qətldən 2 saat sonra tutulub.
Mikayıl