ABŞ-nin vitse-prezidenti: "Tramp Putinlə danışıqlara ehtiyac olduğunu etiraf edib"

ABŞ-nin vitse-prezidenti: "Tramp Putinlə danışıqlara ehtiyac olduğunu etiraf edib"
SİYASƏT
12:23 15.11.2025
77
"ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlara ehtiyac olduğunu etiraf edib".

AZXEBER.COM xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.

Amerika rəsmisi qeyd edib ki, Tramp Putinlə danışıqlarına görə tez-tez tənqid hədəfinə çevrilir.

"Putinin qərarları ilə razılaşmaya bilərsiniz, lakin sülhə nail olmaq istəyirsinizsə, güc nümayiş etdirməli, xalqla danışmalısınız", - deyə vitse-prezident deyib.

Vens bildirib ki, Tramp ilk prezidentlik dövründə Şimali Koreya lideri Kim Çen Inla görüşdüyü üçün də oxşar tənqidlərə məruz qalmışdı.
 
\Oxu.az
OXŞAR XƏBƏRLƏR