ABŞ ordusu Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb
DÜNYA
04:43 08.11.2026
67
ABŞ ordusu noyabrın 7-də Oman körfəzində ticarət gəmisini sıradan çıxarıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un məlumatına görə, gəminin mülki heyəti dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayıb və İranın dəniz blokadasını bir neçə dəfə yarmağa cəhd edib.

Bildirilib ki, gəminin arxa hissəsinə yüksək dəqiqlikli silahlarla zərbə endirilib.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR