İranın cənubundakı Sirik, Cask və Bəndər-Abbas şəhərlərində, eləcə də Keşm adasında partlayışlar baş verib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Hələlik partlayışların səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Onların İran Silahlı Qüvvələrinin Hörmüz boğazının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlərlə əlaqəli olması istisna edilmir.











































