ABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırıldı - VİDEO

MARAQLI
10:30 18.09.2021
2233
ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub.

Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb.

Xəbər cinayətkarın hazırladığı terror planından və F.Məmmədovun həmin planı alt-üst edən qəhrəmanlığından bəhs edir. Belə ki, F.Məmmədov iyulun 9-da gecə yarısı müşahidə kamerasında gördüyü terrorçu barədə 911-ə zəng edərək ABŞ polisini məlumatlandırıb.

Hadisə yerinə gələn polis əməkdaşları kütləvi atəş planı hazırlayan təhlükəli cinayətkarı həbs edib.

Polisin qənaətinə görə, Fərrux Məmmədovun zəngi yüzlərlə insanın həyatını xilas edib.

Kempbell Şəhər Polis İdarəsi həmyerlimizə təşəkkürünü bildirib.
 

OXŞAR XƏBƏRLƏR