ABŞ qırıcıları Trampın Floridadakı iqamətgahı yaxınlığında təyyarəni ələ keçirib

ABŞ qırıcıları Trampın Floridadakı iqamətgahı yaxınlığında təyyarəni ələ keçirib
DÜNYA
04:53 25.10.2026
233
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr prezident Donald Trampın Floridadakı iqamətgahının yaxınlığında uçan təyyarəni ələ keçirib.

Bu barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb.

Bildirilib ki, ələ keçirilən təyyarə Florida ştatının Palm-Biç şəhəri üzərində uçuşların məhdudlaşdırıldığı hava məkanında olub.

Sentyabrın sonunda ABC News telekanalı Ağ Evin yaxınlığında mümkün təhlükələri izləmək məqsədilə dron bazasının yaradıldığını xəbər vermişdi.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR