ABŞ Qırmızı dənizdə təhlükəsizlik məsələsində tezliklə dəyişikliklər gözləyir.
Bu barədə ABŞ Prezidenti Donald Trampın ərəb ölkələri və Yaxın Şərq üzrə baş məsləhətçisi Massad Bulos Dubayda keçirilən Ərəb Media Sammitində çıxışı zamanı bildirib.
Bildirib ki, ABŞ Bab əl-Məndəb boğazı bölgəsində regional müttəfiqləri ilə hərbi əməliyyatları əlaqələndirir.
Massad Bulosın sözlərinə görə, Qırmızı dənizdə gəmiçilik azadlığı ABŞ Prezidenti üçün qırmızı xətdir: "Son bir neçə saat ərzində vəziyyətin müsbət istiqamətdə dəyişməyə başladığını görürük. Biz hələ bu barədə açıqlama verməmişik. Qırmızı dənizdə gəmiçilik azadlığı qırmızı xətdir və Prezident Tramp üçün çox vacib bir mövzudur. Regional müttəfiqlərimizlə koordinasiya işləri aparılır və biz tezliklə dəyişiklikləri görəcəyik".
Qeyd edək ki, Yəməndə vəziyyət sentyabrın əvvəlində gərginləşib. Husilər raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Qırmızı dənizin və Bab əl-Məndəb boğazının sahilyanı bölgələrinə zərbələr endirməyə başlayıblar.
///Report











































