Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar millimizin futbolçuları ilə bir arada.
R.Morninqstarın görüşü barədə səfirliyin Tvitter səhifəsində məlumat yerləşdirilib. Video çarxdan da aydın görünür ki, səfir əvvəlcə ona hədiyyə edilən 10 nömrəli formanı geyinir. Daha sonra isə ona top veririlər. Səfir futbolçularla birlikdə xatirə şəkli də çəkdirib. Qeyd edək ki, mayın 27-də San-Fransisko şəhərindəki "Candlestick Park" stadionunda (Bakı vaxtı ilə 28 may, saat 07:00) ABŞ və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyununu keçiriləcək.