ABŞ SEPAH-ı terrorçu təşkilat kimi tanıyıb

ABŞ SEPAH-ı terrorçu təşkilat kimi tanıyıb
DÜNYA
22:41 08.04.2019
6051
ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. 

"ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.

Xatırladaq ki, ötən həftəsonu iranlı millət vəkili Seyid Cavad Sədatinejad "Fars” agentliyinə açıqlamasında cavab addımı kimi ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salacaqlarını açıqlamışdı.
 
///Report

OXŞAR XƏBƏRLƏR