ABŞ sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq aeroportuna məcburi eniş etdi

ABŞ sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq aeroportuna məcburi eniş etdi
SOSİAL
12:31 23.06.2025
260
"American Airlines” aviaşirkətinə məxsus və Yeni Dehli — Nyu-York marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

AZXEBER.COM bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, buna səbəb göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problem olub.

"Boeing 787-9 Dreamliner" tipli təyyarə yerli vaxtla saat 02:30-da Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda zəruri tibbi qiymətləndirmə aparılır və sərnişinin vəziyyətinə nəzarət davam etdirilir.

Zəruri prosedurlar başa çatdıqdan sonra hava gəmisinin uçuşu davam etdirilib və saat 10:31-də Bakıdan təyinat məntəqəsinə — London istiqamətində havaya qalxıb.

Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya təhlükəsizliyi və operativ reaksiya sahəsində yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, fövqəladə vəziyyətlərdə hava gəmilərinə etibarlı və peşəkar dəstək təmin edir.

OXŞAR XƏBƏRLƏR