ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyindən - TƏBRİK
MEDİA
01:01 24.07.2012
1721
ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin Sədri Aynurə Piriyeva Milli Mətbuat Günü münasibətilə AZXEBER.COM-a məktub ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik. "Əziz Media Nümayəndələri,Biz, ABŞ Təhsilli Azərbaycan Məzunları (AAA) İctimai Birliyi olaraq 22 iyul Milli Mətbuat günü münasibəti ilə sizləri təbrik edirik. Gənclərin fəaliyyətinə verdiyiniz obyektiv və operativ dəstəyə görə ABŞ təhsilli məzunlar olaraq sizləri alqışlayırıq. Mətbuatımıza böyük uğurlar, regionda və dünyada güclü rəqabət arzu edirik.Amerika Birləşmiş Ştatlarında, həmçinin vətənimizdə mətbuatın gücü, onun vətəndaşının sağlamlığıdır. Sizin gücünüzü artırmaq üçün biz gənclər sizlərə komanda və fərdi nümunələr təqdim etməyimiz gərəkdir. Sizlərin bizimlə hər zaman əməkdaşlığınızdan məmnunluq hissi duyuruq".