ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır
İQTİSADİYYAT
12:58 15.06.2026
177
ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, neft kotirovkalarının düşməsi inflyasiya təzyiqini azaldır və bu amil də Amerika valyutasının dinamikasına öz təsirini göstərir.

Bununla yanaşı, "Bloomberg" dolların ucuzlaşmasının məhdud xarakter daşıya biləcəyini vurğulayır. ABŞ-nin güclü iqtisadi göstəriciləri, o cümlədən məşğulluq rəqəmləri və Federal Ehtiyat Sisteminin 2026-cı ildə faiz dərəcələrini artıra biləcəyi ilə bağlı gözləntilər Amerika valyutasına dəstək verməkdə davam edir.
OXŞAR XƏBƏRLƏR