ABŞ və İran Türkiyədəki səfirliklərini bağladı

ABŞ və İran Türkiyədəki səfirliklərini bağladı
TOP4
10:25 20.12.2016
5629

Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsindən sonra İran və ABŞ bu ölkədəki səfirliklərini bağlayıb.

"Fars” xəbər agentliyi İranın Türkiyədəki səfirliyi ilə yanaşı İstanbul, Ərzurum və Trabzondakı konsulluqlarının da fəaliyyətini dayandırdığını bəyan edib.

Bundan başqa ABŞ Ankaradakı səfirliyinin, eləcə də İstanbul və Adanadakı konsulluğunun bu gün üçün bağlı olduğunu elan edib.

 
///lent.az
OXŞAR XƏBƏRLƏR