ABŞ və Rusiyanın Ukrayna oyunu

ABŞ və Rusiyanın Ukrayna oyunu
Bütün Xəbərlər
17:12 28.03.2014
3935
Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev müəllifi və aparıcısı olduğu “Mövqe”verilişində Ukrayna hadisələrini çox maraqlı bir tərzdə şərh edib. Həmin video-şərhi sizə (mətnlə bərabər) təqdim edirik.***Ukrayna hadisələri hələ də bütün dünyanın diqqətini özündə saxlamaqdadır. Getdikcə vəziyyət bir az da kritik fon alır və deyim ki heç stabilləşənə oxşamır. Eynən təxmin etdiyimiz kimi. Sadəcə açmaq və təfsilatına varmaq istədiyimiz mahiyyət nədir? – İnsanların gördüyü və əslində(realda) baş verənlər. Nə deməkdir bu?Yəqin sizlər də fərqindəsiniz, bu gün hamı ittihamları Rusiya üzərinə yönəldir. Vizual baxımdan da tam məntiqli olaraq. Çünki, onlar Krımı işğal edib, eyni zamanda ölkədə faktiki siyasi-hərbi böhran yaradıb və s ilaxır. Bu olsun mövzunun görünən tərəfi… Yaxşı bəs haqqında danışdığımız problem öz mənbəyini hardan götürüb? “Maydan”dan. Həm də o vaxtdan etibarən ki, Qərb Avrointeqrasiya adı altında öz oyunlarını və planlarını diktə eləməyə başladı. Yəni provokasiya burdan vüsət aldı. İndi isə ortalıq çox maraqlı bir mənzərəyə qərq olub: Və ya insanları güllə qabağına ver, qırdır, nəhayətində də Prezident Obama səviyyəsində bəyan elə ki, Krımı Rusiyanın əlindən almaq və beləliklə Ukraynanın ərazi bütövlüyünü bərpa eləmək çox çətin olacaq. Maraqlıdır, deyilmi? Və ya çətinlik bəlli də…o zaman bu konflikti nədən yaradırdın? İnsanları və dövlətləri durduq yerdə dərd kabusuna, məhkumiyyətinə sürükləyirdin? - Niyə dövlətləri deyirəm? Çünki, bütün post-sovet dəyib bir-birinə. Həm də bir tək Rusiyanın deyil, ələlxüsus Amerikanın ucbatından. Amma özlərini elə aparırlar, sanki bunlarlıq heç bir şey yoxdur. Üstəgəl söhbəti hara qədər desən fırlamağı bacarırlar, vəziyyət kritikaya dövr alan kimi ağızlarına su alıb otururlar. Boş-boş bəyənatların da beşini bir qəpikdən üzü havaya tolazlayırlar…Amerika himayəsi bax budur!***Məqamındaca yadıma bir lətifə düşdü:Demək bir gün məktəbdə öz müəllimi tərəfindən amansızca döyülən şagird evdə atasını vəziyyətdən hali edir. O da eləmir tənbəllik, durub gəlir məktəbə və müəllimdən soruşur: “Övladımı sən vurmusan?” – Müəllim deyir, hə. Qayıdır ki, hünərin var bir də mənim yanımda vur. Adam yenə vurur. Bir də qayıdır: “Hünərin var yenə vur” - Yenə vurur. Və beləcə 3-4-5-6… uşaq əməlli-başlı qapazaltı olur. Axırda da heç nə olmamış kimi ata-oğul dönüb gəlirlər evlərinə. Və evdə uşaq atasından soruşur: “Ata, sən məni döydürməyə gəlmişdin, yoxsa müdafiə eləməyə? Ata isə deyir: “Oğlum sən atanı elə-belə bilmə e..hünəri var idi bir də vurardı, inan gözünü tökərdim onun..”İndi bax Amerikanın hansısa dövlətə dəstəyi də təxminən elə eyni adlı kontekstdədir: Hamının gözünü tökməyə hazırdır. Amma dildə, bəyənatda və böyük-böyük danışmaqda... Və ya Qərbin, eyni zamanda Avropanın bü günki davranışı bir də bilirsinizmi nəyi xatırladır mənə? – Rinqdə ağır çəkili idmançılar olar, texnikadan-zaddan tamamilə uzaq. Və bir gün qarşısına çox cılız bir adam çıxar və elə bir nöqtədən zərbə vurar ki, o boyda cəmdək yerlə bir sürünər. Bax bu gün Putin Obamaya həmin zərbələri vurur. Bilmirəm qurşaqdan aşağı, yoxsa yuxarı – amma vurur. Həm də son dərəcə dəqiqliklə və əminliklə vurur…Siyasətdən bixəbər naşılar isə hələ də maraqlı illuziyalara qapılmaqdadır: Obama Rus iqtisadiyyatını çökdürəcək, investorları geri çağıracaq, ay nə bilim banklarda pulları donduracaq, hansısa məmurun öz ölkəsinə gəlişini əngəlliyəcək və s ilaxır. Ay qardaş, Putin çörəyi qulağına yemir e… Bir şeyi ki, sən və mən fikirləşə bilmişiksə o çoxdan fikirləşib qurtarıb. Üstəgəl bu adam xüsusi xidmət orqanlarının məktəbini keçib, 50 dənə texnoloqu, yüz dənə ideoloqu var. Nə danışırsız, nə qoyub-nə axtarırsız siz? Baxin, okeanın o biri tayında Amerikanın başı hələ sanksiya verməyə qarışıb, bu biri tayında isə Putin az qala Sovet İmperiyasını bərpa eləyib qurtarır…***Bəli, bü gün Ukrayna Rusiya üçün itki hesab oluna bilər. Amma yalnız bu gün üçün! Nİyə? Çünki, hələ qarşıda Prezident seçkiləri var. Və bilmək olmaz Putin həmin seçkilərə hansı ssenari və planla gedəcək. Hərçənd ilkin işartılar, eyni zamanda ehtimallar artıq özünü göstərməkdədir. Misal üçün bu yaxınlarda sosial şəbəkələrdə Ukrayna Prezidentliyinə əsas iddialılardan biri olan Timoşenkonın səs yazısı yayldı. Həm də Putin və Rusiyaya qarşı son dərəcə aqressiya dolu kəlmələri ifadə edən səs yazısı… Anındaca nə baş verdi? –Xanım eks- baş nazirin reytiqində yüksəlmə. Həm də heç bir təfsilata varılmadan. Oysa, qorxulu ictimai rəy də bax budur. Addım-addım gəlməyib bir an içində formalaşan rəy! Və ya, bu layihənin özü Putinə aid ola bilməzmi? Ola bilər əlbət, niyə də olmasın? “Məni söy və mənə işlə…” Nə qədər rahat taktikadır, deyilmi?Bu söylədiyim isə sadəcə ehtimallardan biridir. Və deyim ki, eyni məzmunlu ehtimalların onunu, yüzünü sadalamaq olar. Hamısı da işə yarayır. Niyə? Çünki, ictimai rəy və hələ də formalaşmayan şablon xalq təfəkkürü həmin ehtimalları anındaca həzm etməyə hazırdır...***Və… son olaraq: Bundan öncəki yazılarımın birində məhşur "Wikileaks” saytının rəhbəri Julian Asancdan sitat gətirmişdim. Elə bu günki mövzunu da həmin Asancın bir başqa sitati ilə yekunlaşdırmaq istəyirəm:”11 sentyabr tarixində Amerikada məhşur biznes mərkəzinin qülləsinə çırpılan təyyarələri terror və faciə olaraq hər kəsə sırımaq mümkün oldu. Oysa, əlimizdə məxfi sənədlər vardı: Həmin təyyarələr göydən deyil, “blok”a salınıb yerdən idarə olunmuşdu. İçində də heç bir terrorist-filan mövcud deyildi. Sadəcə həmin an bu faciə Bin Laden mifini bir az da şişirtmək üçün Amerikanın özünə lazım idi. Və bu da minlərlə insanın qanı bahasına başa gəldi. Eyni zamanda qeyd etmək istəyirəm ki, qorxunc Amerikanın bu insanlıq fəlsəfəsi bir tək öz vətəndaşları üçün deyil, eyni zamanda digər xalqların nümayəndələri üçün də keçərlidir. Təbii, özünə lazım olan müddətcə! Hətta bizdə olan məlumata görə bu yaxınlarda Amerikanın təzyiqi ilə ərəb inqilabları başlayacaq. Daha sonra Asiyada müəyyən bir durğunluq cəhdi olacaq. Və son ünvan post-sovet məkanıdır. Ələlxüsus da Ukrayna və Belarus. Amerika bu dövlətləri öz müstəmləkəsi etmək üçün əlindən gələni əsirgəməyəcək. Həm də sırf Rusiyaya göz dağı vermək üçün. Ola bilər mən həbsdə uzun müddət qalım, ya öldürülüm və bütün bunları görə bilməyim. Amma əmin olun ki dünya və bəşəriyyət bu söylədiklərimə bir gün mütləq şahidlik edəcək!”P.S Düşünürəm, əlavə şərhə ehtiyac yoxdur…
OXŞAR XƏBƏRLƏR