Abşeron rayonunda könüllülərlə görüş keçirilib - FOTOLAR

Abşeron rayonunda könüllülərlə görüş keçirilib - FOTOLAR
SOSİAL
11:33 18.04.2022
363
Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında Abşeron RİH yanında İctimai Şuranın könüllüləri ilə görüş keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə  başçının müavini Gülnar Rəhimova, İctimai Şuranın sədri Elçin Quliyev və könüllülər iştirak edib. 

İctimai Şuranın sədri çıxış edərək bildirib ki, Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda da bu ideologiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan olunması könüllülərə verilən daha bir yüksək qiymətdir. Ölkədə həyata keçirilən könüllülük hərəkatına öz tövhəsini vermək məqsədilə İctimai Şura da könüllü mərkəzinin yaradılması barədə təşəbbüs göstərib. 

Daha sonra RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün prezident İlham Əliyev tərəfindən dövrümüzün yeni çağırışlarına uyğun davam etdirilir. Qeyd olunub ki, könüllülük dövlətimizin həyata keçirdiyi gənclər siyasətinin mühüm elementlərindən biridir. Könüllülük fəaliyyəti gənclərin fərdi və karyera inkişafı üçün yeni imkanlar yaradacaq, praktik biliklərinin artırılmasında, yaradıcı və innovativ potensialının üzə çıxarılmasında böyük təsiri olacaqdır.  Könüllülərlə öz fikirlərini bölüşüb, tövsiyələrini verib, onlara fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, könüllülük fəaliyyətinə gənclər 3 ay müddətinə qoşularaq müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edəcəklər. Bu müddətdə işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. 

Sonda könüllülərlə xatirə fotosu çəkilib.
 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi