Abşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLAR

Abşeron rayonunda şəhid ailələri ziyarət edildi - FOTOLAR
SOSİAL
15:54 05.02.2022
236
Azərbaycanın ərazi bütövlüyü uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı və rəhbərliyi ilə döyüşlərə qatılan və qələbəmizlə nəticələnən 44 günlük Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş Nəcəfov Şamil Rəfi oğlunun 25-ci doğum günü qeyd edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhidin ailə üzvləri və qəsəbə ictimaiyyəti ilə birgə şəhidimizin rayonun Saray qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət edilmiş, Xiyabanda dəfn olunan digər şəhid olmuş igid Vətən oğullarıının da unudulmaz xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Şəhidimizin döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılaraq bildirilmişdir ki, Şamil Nəcəfov 1997-ci il yanvarın 4-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş, vətənpərvər və milli təəssübkeş ruhunda tərbiyə olunmuş, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı silaha sarılaraq vətənin keşiyinə qalxmışdır. Kəlbəcər istiqamətində gedən döyüşlərə qatılan igidimizin verdiyi dəqiq koordinatlarla düşmən mövqelərini və canlı qüvvələrini darmadağın edilmişdir. Şamil Nəcəfov oktyab ayının 1-də Murov istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlarla şəhidimizin xidmətləri yüksək qiymətləndirmiş, ölümündən sonra "Vətən uğrunda” medalı və "Hərbi xidmətdə qazandığı uğurlara görə” medallarına laiq görülmüşdür.

Daha sonra şəhidin əvvəllər yaşadığı evə gedən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyi bildirilərək qeyd olunmuşdur ki, bundan sonra da Abşeron rayonunda bu qəbildən olan insanlara daima diqqət yetiriləcəkdir.

Şəhidin ailəsi də hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişlər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev daha sonra şəhid əsgər Kərimov İsmayıl Abbas oğlunun əvvəllər yaşadığı və rayonun Masazır kəndində yerləşən evənə gələrək onun oğlu Əli Kərimovun doğum günündə şəhidin ailə üzvləri ilə görüşmüş, onların qayğıları və problemləri ilə maraqlanmışdır. Abdin Fərzəliyev ailəyə bundan sonra da diqqət və qayğının daimi olaraq göstəriləcəyini qeyd etmişdir.

Şəhidin ailə üzvləri də hər zaman dövlətin diqqətində olduqlarını, cənab Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını daim hiss etdiklərini vurğulayaraq ölkə rəhbərliyinə təşəkkürlərini bildirmişlər.

Qeyd edək ki, şəhid Kərimov İsmayıl Abbas oğlu cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda”, "Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir