Abşeron rayonunda Yeni İl bayramı münasibəti ilə şənlik keçirilib - FOTOLAR

Abşeron rayonunda Yeni İl bayramı münasibəti ilə şənlik keçirilib - FOTOLAR
SOSİAL
12:08 29.12.2024
248
Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Ağsaqqallar Şurasının sədri Nizami Zalov, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid ailələri, onların bizə əmanət qalan övladları və müharibə iştirakçıları iştirak edib.

Tədbirdə əvvəlcə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək şəhidlərimizdən bizə əmənət qalan fidanları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.

RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və "Dəmir yumruğ”u ətrafında birləşən ordumuzun şücaəti sayəsində işğaldan azad olunan tarixi torpaqlarımıza yenidən həyat qayıdıb. Yurd yerlərimizin bir-birinin ardınca surətli şəkildə yenidən qurulduğunu, soydaşlarımızın Qarabağa geri dönərək təhlükəsiz şəkildə həyatlarına davam etdiklərini vurğulayan RİH başçısı əlavə edib ki, güclü və yenilməz Azərbaycan ordusu istənilən hərbi təxribatı yerindəcə məhv etməyə və lazimi cavab tədbirləri görməyə qadirdir.

Tədbir zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaqların xoşbəxt və firavan yaşaması üçün bütün lazım olan hər bir şərait təmin edilir. Ölkəmizin hər yerində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və onların əmanət qalan övladlarına xüsusi diqqət və qayğı göstərilir.

Şəhid ailələri də öz növbəsində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onları diqqətdə saxladıqlarına və göstərdikləri qayğıya görə öz təşəkkürlərini bildiriblər.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu