Sosial şəbəkədə Abşeron Rayon Mərkəzi Xəstəxanasında pasientin növbə gözləyərkən vəfat etməsi ilə bağlı görüntülər yayılıb.
AZXEBER.COM xəbər verir ki, hadisə şahidləri pasientin səhər saat 05 radələrində Abşeron Mərkəzi Xəstəxanasına gələrək növbə tutduğunu, 6 saat növbə gözlədikdən sonra vəfat etdiyi bildirilib.
Baş verən hadisənin təfərrüatını öyrənmək üçün TƏBİB-in ictimaiətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.
TƏBİB-dən AZXEBER.COM-a verilən məlumata görə görüntülərdəki xəstəxana Abşeron RMX-dır, lakin ölüm faktı qeydə alınmayıb:
"Görüntülərdəki xəstəxana Abşeron Rayon Mərkəzi Xəstəxanasıdır, lakin ölüm faktı qeydə alınmayıb. 1982-ci il təvəllüdlü şəxs (qadın cinsli) 23.04.2025-ci il tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Qeydiyyat bölməsinə yaxınlaşaraq tibbi xidmətlərdən yararlanmaq üçün növbədə gözləyib.
Qeydiyyat prosesi zamanı vətəndaşda isterik nevroz simptomları başlayıb və Təcili yardım şöbəsinə yerləşdirilib. Həqiqi qıcolma simptomları əksini tapmayan şəxsə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabilləşən pasiyent ambulator müalicə üçün evə buraxılıb.
Sosial mediada yayımlanan görüntülərlə bağlı vətəndaşla yenidən əlaqə saxlanılıb, vətəndaş bu halın vaxtaşırı baş verdiyini bildirib və yerində göstərilən yardıma, diqqətə görə təşəkkür edib".
Günel Hüseynli
@azxeber.com Sosial şəbəkədə Abşeron Rayon Mərkəzi Xəstəxanasında pasientin növbə gözləyərkən vəfat etməsi ilə bağlı görüntülər yayılıb. AZXEBER.COM xəbər verir ki, hadisə şahidləri pasientin səhər saat 05 radələrində Abşeron Mərkəzi Xəstəxanasına gələrək növbə tutduğunu, 6 saat növbə gözlədikdən sonra vəfat etdiyi bildirilib. Baş verən hadisənin təfərrüatını öyrənmək üçün TƏBİB-in ictimaiətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. TƏBİB-dən AZXEBER.COM-a verilən məlumata görə görüntülərdəki xəstəxana Abşeron RMX-dır, lakin ölüm faktı qeydə alınmayıb: "Görüntülərdəki xəstəxana Abşeron Rayon Mərkəzi Xəstəxanasıdır, lakin ölüm faktı qeydə alınmayıb. Görüntülərdəki vətəndaşda isterik nevroz fonunda qıcolma simptomları başlayıb, yardım göstərilib".
♬ orijinal ses - Azxeber Media