Abşeronda 15 yaşlı yeniyetmə qız özünü binadan atıb

Abşeronda 15 yaşlı yeniyetmə qız özünü binadan atıb
SOSİAL
08:58 04.11.2021
746

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Hadisə dünən Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Q.Nəsirova yaşadığı binadan özünü atıb.

Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR