Abşeronda 3 il əvvəl törədilən qətlin üstü açıldı - RƏSMİ

Abşeronda 3 il əvvəl törədilən qətlin üstü açıldı - RƏSMİ
SOSİAL
21:38 19.04.2019
4939
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü açılıb.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun birgə məlumatında bildirilib.

Qeyd olunub ki,  Tamara Rəsulovanın, oğlu Əli Rəsulovun itkin düşməsini bildirməklə tapılmasında ona köməklik göstərilməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Ə.Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə ehtimal etməyə kifayət qədər əsaslı şübhələr olduğundan Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılıb.

Aparılmış istintaqla Fuad Mustafayevin 2016-cı ilin sentyabr ayında icarəyə götürdüyü paytaxtın Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulovu ona məxsus əmlakı satıb pulunu ələ keçirmək üçün tamah niyyəti ilə bıçaqla xəsarətlər yetirib qəsdən öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb basdırmasına, daha sonra Ə.Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satmasına, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşib.

17 aprel 2019-cu il tarixdə Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq davam etdirilir.  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
11:33 14.07.2026
“Xəstə insanlar ayaqüstə qalır, biabırçılıq...” - Saatlarla növbə gözləyirlər - VİDEO
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
11:30 14.07.2026
Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
11:27 14.07.2026
Kraudfandinq fəaliyyəti ilə bağlı yeni rüsum: 2750 manat
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
11:22 14.07.2026
Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
İlham Əliyev Makronu təbrik etdi
11:18 14.07.2026
İlham Əliyev Makronu təbrik etdi
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
11:15 14.07.2026
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
11:14 14.07.2026
Azərbaycanda Media və Yayım Şurası yaradıldı
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
11:12 14.07.2026
Peter Pelleqrini: Qarabağın yeni inkişaf mərhələsində Slovakiya şirkətləri də iştirak edir
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
11:11 14.07.2026
Azərbaycan Prezidenti: Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri yüksək səviyyədədir
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
11:00 14.07.2026
Azərbaycan və Slovakiya prezidentləri Şuşada mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
10:57 14.07.2026
Ağstafada 21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
10:52 14.07.2026
Prezidentin köməkçisi Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşdü
Köhnə avtomobili olanların nəzərinə - QAYDALAR DƏYİŞİR
10:45 14.07.2026
Köhnə avtomobili olanların nəzərinə - QAYDALAR DƏYİŞİR
Taylandda gecə klubunda faciə: Ölənlərin sayı 30-a çatdı
10:35 14.07.2026
Taylandda gecə klubunda faciə: Ölənlərin sayı 30-a çatdı
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək
10:29 14.07.2026
Ev almaq istəyənlər oxusun – Qiymətlər bu tarixədək enməyəcək
Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı
10:27 14.07.2026
Lisey və gimnaziyalara müraciət müddəti uzadıldı