Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib

Sosial Xidmət Mərkəzlərində benefisiarlar üçün motivasiya görüşü keçirilib
SOSİAL
11:22 14.07.2026
129
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşmış Sosial Xidmət Mərkəzlərində "Motivasiya görüşləri” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, görüşün qonağı loqoped Aynur Musayeva olub.

Aynur Musayeva eşitmə məhdudiyyətli övladı ilə keçdiyi həyat yolundan, qarşılaşdığı çətinliklərdən və qazandığı təcrübələrdən danışıb. O, Prezident təqaüdçüsü olan oğlu Fuad Musayevin xalçaçı-rəssam kimi yerli və beynəlxalq sərgilərdə əldə etdiyi uğurları iştirakçılarla bölüşərək, bunun ailənin davamlı dəstəyi və övlada inamının nəticəsi olduğunu vurğulayıb.

Görüşdə valideynlərin övladlarının potensialına inanmasının, onların inkişafında fəal iştirak etməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, "Motivasiya görüşləri” layihəsi valideynlər arasında təcrübə mübadiləsinin aparılmasına, qarşılıqlı dəstək mühitinin formalaşmasına və onların psixososial rifahının gücləndirilməsinə xidmət edir.
OXŞAR XƏBƏRLƏR