Abşeronda “Gənclər günü” münasibətilə tədbir keçirildi - FOTOLAR

Abşeronda “Gənclər günü” münasibətilə tədbir keçirildi - FOTOLAR
SOSİAL
16:52 02.02.2024
179
"2 Fevral – Gənclər Günü” münasibətilə Abşeron rayonunda "Azərbaycan gəncliyi–etibarlı gələcəyimizdir” mövzusunda bayram tədbiri keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə  Abşeron rayon İcra Hakimiyyətinin Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil və digər təşkilat və idarələrin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda onun abidəsinin önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra bayram tədbirində Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova iştirakçıları "2 Fevral–Gənclər Günü” münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. G.Rəhimova bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənc nəslin inkişaf etdirilməsi, onların dövlət idarəçiliyinə cəlb edilməsi, ölkənin ictimai-siyasi həyatında rolunun artırılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Qeyd edilib ki, Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb, yeni nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Liderin Gənclər Forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb.

Sonra şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid Elşad Həsənovun qızı Aysun Həsənli, Vətən Müharibəsi iştirakçısı Elməddin Novruzov çıxış edərək ölkəmizdə gənclərin inkişafı üçün bütün istiqamətlərdə lazimi şəraitin yaradıldığını, dövlət idarəçiliyində böyük meydanların və imkanların verildiyini qeyd ediblər. 

Sonra Abşeron rayonunu ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar və mükafatlar təqdim edilib.

Tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təqdim olunan bədii proqramla başa çatıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
19:12 18.07.2026
UEFA Konfrans Liqası: "Neftçi" - "Dinamo" oyununun biletləri satışa çıxarılıb
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
18:54 18.07.2026
“Qohum Evliliyinin Genetik Riskləri və Cəmiyyətə Mənfi Təsiri” layihəsi uğurla icra olunub
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
18:39 18.07.2026
İran "geri çəkildi": ABŞ ilə imzalanan razılaşma pozuldu
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
18:28 18.07.2026
Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
18:13 18.07.2026
Gəncə çayında köməksiz qalan şəxs xilas edildi
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
17:51 18.07.2026
Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
17:45 18.07.2026
Odessada həlak olan gəmi kapitanının nəşi Bakıya yola salındı
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
17:33 18.07.2026
Azərbaycan–Özbəkistan birgə elmi-tədqiqat fondunun yaradılması müzakirə olunub
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
17:16 18.07.2026
İlin ən uğurlu ayı başlayır - Bu 3 bürc varlanacaq
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
17:01 18.07.2026
Kazım Qəribabadi: İran İslamabad memorandumu üzrə öhdəliklərinin icrasını dayandırıb
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
16:54 18.07.2026
FHN: Gəncədə çayda köməksiz qalan şəxs xilas edilib
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
16:47 18.07.2026
KİV: Müctəba Xamenei müharibə dövründə ictimaiyyət qarşısına çıxmayacaq
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
16:33 18.07.2026
İran ABŞ-la münaqişəyə son qoyulması üzrə memorandumun icrasını dayandırıb
Tramp onun taktikasını tənqid etdi
16:23 18.07.2026
Tramp onun taktikasını tənqid etdi
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
16:15 18.07.2026
FT: Zelenski Ukrayna ordusunun baş komandanı Sırskinin vəzifədən azad edilməsini nəzərdən keçirir
Sabah çimərliklərdə hava necə olacaq?
16:09 18.07.2026
Sabah çimərliklərdə hava necə olacaq?