Abşeronda komendant postundan heroin keçirmək istəyən şəxs saxlanıldı - FOTO - VİDEO

KRİMİNAL
12:28 19.11.2020
332
Xırdalan şəhərində qurulan  komendant postlarından birində Bakı şəhər sakini Ramin Babayev Abşeron Rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı onun üzərində elektron tərəzinin olması polis əməkdaşlarında ciddi şübhələr yaradıb. Bu səbəbdən Ramin Babayevin sərnişin kimi əyləşdiyi avtomobildə olan çantasına baxış keçirilib.

Həmin çantadan 1 kiloqram 200 qram yüksəktəsiredici xassəyə malik narkotik vasitə heroin və 35 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Ramin Babayev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adıçəkilən şəxs  tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO

14:02 24.11.2020

Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib

13:44 24.11.2020

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO

13:41 24.11.2020

Erməni əsirliyində olan Bayramın anası müraciət etdi - VİDEO

13:32 24.11.2020

Reza Deqatidən Azərbaycanda molokanlarla bağlı paylaşım - FOTO

13:23 24.11.2020

“Evdə ürəyim sıxılırdı, dedim bir az fırlanım” - COVİD-19 xəstəsi

13:17 24.11.2020

Sabahın hava proqnozu açıqlanıb

13:10 24.11.2020

Çavuşoğlu: “Hüquqlarını qorumaq üçün Azərbaycanın yanında olacağıq”