Abşeronda rayonunda şəhid ailələri ziyarət olundu - FOTOLAR

Abşeronda rayonunda şəhid ailələri ziyarət olundu - FOTOLAR
SOSİAL
17:12 15.02.2022
249
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilərlə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı”, "Vətən Uğrunda”, "Cəbraılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı kapitan Musibov Veysəl Yadulla oğlunun 33-cu doğum günü ilə əlaqədar Xırdalan şəhərindəki Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunmuşdur. Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuşdur.

RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşmüş, problemləri və qayğıları ilə maraqlanaraq Abşeron rayonunda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra daimi xarakter daşıyacağını onların diqqətinə çatdırmışdır.

Daha sonra "Vətən Müharibəsi Qəhrəmanı” Musibov Veysəl Yadulla oğlunun adını daşıyan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə yeni qurulan guşəsinin təntənəli açılış tədbiri keçirilmişdir. Şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilkə baş tutan tədbirdə qəhrəmanımızın həyatından, döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılmış, məktəblilər tərəfindən vətənə, qələbəyə aid şeirlər səsləndirilmişdir.

RİH başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı Musibov Veysəl Yadulla oğlunun büstünün hazırlandığını, yaxın zamanlarda məktəbin həyətinə qoyulacağını vurğulayaraq qeyd etmişdir ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə Abşeron rayonunda küçələrə onların adları verilmiş və həmin küçələrin abadlaşdırılması istiqamətində ardıcıl olaraq işlər aparılacaqdır.

Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın zəfəri ilə başa çatmış Vətən Müharibəsi zamanı şəhid olmuş ən yüksək rütbəli hərbi həkim, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı Abdullayev Rasim Yaqub oğlunun adının abədiləşdirilməsi istiqamətində tikilməkdə olan Abidə Bulaq Kompleksində görülən işlərlə yerindəcə tanış olmaq məqsədilə şəhidin ailə üzvləri ilə birgə əraziyə baxış keçirmişdir. Baxış zamanı bildirilmişdir ki, Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində inşa edilən bulaq kompleksi artıq başa çatmaq üzrədir. Qara mərmərdən hazırlanan abidəyə su və konalizasiya xətti çəkilmiş, şəhid haqqında zəruri məlumatlar abidəyə həkk olunmuşdur.

RİH başçısı Abdin Fərzəliyev Abidə Bulaq Kompleksinin ətrafında mini parkın yaradılması, həmişəyaşıl ağac və gül kollarının əkilməsi, oturacaqların quraşdırılması, yol kənarındakı hasarların rənglənməsi, ərazidə ümumi şəkildə abadlıq işlərinin aparılması və görülən işlərin surətləndirilməsi istiqamətində müvafiq qurumlara aidiyyatı üzrə öz tapşırıq və göstərişlərini vermişdir.

Şəhid Rasim Abdullayevin ailəsi də öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss etdiklərini və buna görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medallarına laiq görülən şəhid gizir Əhmədov Emil Bahadur oğlunun evinə gedərək onun övladı Bahadur Əhmədovun doğum günündə iştirak etmişdir. RİH başçısı şəhid övladını 17 yaşı olması münasibəti ilə təbrik edərək ailənin qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan sonra da daimi olaraq göstəriləcəyini qeyd etmişdir.

Şəhid ailəsi də öz növbəsində bildirmişdir ki, dövlət tərəfindən onlara 2 otaqlı təmirli mənzil verilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin şəxsi təşəbbüsü ilə sözügedən mənzil mətbəx, yataq və qonaq otağı mebelləri və eləcə də zəruri məişət avadanlıqları ilə təmin olunub. Buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən şəhid ailəsi həyatlarının hər məqamında ölkə rəhbərliyinin diqqət və qayğısını hiss etdiklərini ifadə etmişlər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Ordusunun böyük qələbəsi ilə yekunlaşan Vətən Müharibəsində şəhid olan, ölümündən sonra "Vətən uğrunda” medalına layiq görülən əsgər Sadıxov Rahid Vahid oğlunun 21-ci doğum günü ilə əlaqədar onun əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə getmişdir. Şəhidin ailə üzvləri ilə görüşən başçı ailənin problemləri və qayğıları ilə maraqlanmış, şəhidimizin keçdiyi döyüş yolu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı qələbə və ölkəmizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu haqqında ətraflı məlumat vermişdir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ