Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR

Abşeronda təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırıldı - FOTOLAR
SOSİAL
15:12 29.03.2020
903
Abşeron rayonu ərazisində koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar baş verəbiləcək yoluxma hallarının qarşısının alınması məqsədi ilə bu gün də maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilib.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və səmərəliliyinin daha da artırılması məqsədi ilə rayon ərazisində təbliğat qruplarında iştirak edənlərin sayı 50 nəfərə çatdırılıb. Səsgücləndirici qurğular quraşdırılmış xüsusi avtomobillər vasitəsi ilə Xırdalan, Qobu, Hökməli, Güzdək, Aşağı Güzdək və digər kənd və qəsəbələrdə maarifləndirmə tədbirləri həyata keçirilib.

Abşeron rayonu ərazisində həyata keçirilən "Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya bu gün də uğurla davam etdirilib. Belə ki, qərargaha 7 çağırış edilib. Onlardan Nuriyev Əliəhməd Güləhməd oğlu (Xırdalan şəhəri), Abbasova Raisa Qardaş qızı (68 yaş, Xırdalan şəhəri), Qəhrəmanova Minayə Mədət qızı (76 yaş, Xırdalan şəhəri), İbrahimova Rübabə Dadaş qızı (74 yaş, Xırdalan şəhəri), Əsədullayeva Rəhimə Rəhman qızı (Xırdalan şəhəri), Yusifova Bəsti Qadir qızı (Xırdalan şəhəri), Cəfərova Şamama Cəfər qızı (Hökməli qəsəbəsi) ərzaq məhsullarının, dərman vasitələrinin alınıb verilməsini, kommunal xidmət haqqlarının ödənilməsini və digər sosial xidmətlərin göstərilməsini xahiş edib. Onların hər birinin yaşadığı ünvana gedilərək lazimi xidmətlərlə təmin edilib.

Məlumat üçün bildirək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və "Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə başlanan sözügedən aksiya ilə əlaqədar olaraq Abşeron rayon İcra Hakimiyyətinin və 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadənin birgə təşkilatçılığı ilə "könüllü qərargahı” yaradılıb. Qərargahın yaradılmasında əsas məqsəd Abşeron rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)

#böyüklərimiziqoruyaq #Covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda 7-ci sinif şagirdinin ölümünün TƏFƏRRÜATI
12:31 28.10.2026
Bakıda 7-ci sinif şagirdinin ölümünün TƏFƏRRÜATI
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:27 28.10.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Bütün köhnə avtobuslar yenilənəcək
11:55 28.10.2026
Bütün köhnə avtobuslar yenilənəcək
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
11:33 28.10.2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
11:31 28.10.2026
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
11:12 28.10.2026
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
11:10 28.10.2026
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
11:07 28.10.2026
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
11:00 28.10.2026
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
10:59 28.10.2026
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
10:52 28.10.2026
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
10:46 28.10.2026
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
10:45 28.10.2026
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
10:29 28.10.2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
10:25 28.10.2026
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
10:19 28.10.2026
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır