ABU-nun saxta diplomunu satan şəxs tutuldu

ABU-nun saxta diplomunu satan şəxs tutuldu
Bütün Xəbərlər
13:13 04.04.2014
549
Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) saxta diplomunun satılması faktı aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həsən Xəlilov universitetə məxsus saxta diplomu 10.000 ABŞ dollarına satarkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR