“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?” – Deputatdan etiraz

“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?” – Deputatdan etiraz
SOSİAL
15:28 04.09.2018
5165
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müavini Eldar Əzizozovun göstərişi ilə paytaxt rayonlarında ayrı-ayrı sahibkarlar, vətəndaşlar, bəzi iş adamları tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərdə, keçid meydançalarında qeyri-qanuni inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi həyata keçirilir.

Zəbt olunmuş torpaq sahələrinin, yaşıllıqların hasarlarının sökülərək ərazilərin təmizlənməsi, obyektlərin qarşısına yığılmış malların, səyyar reklam şitlərinin yığışdırılması, binaların fasadlarının estetik görünüşünə xələl gətirən paltar ipləri və xarici dildə yazılan yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər aparılır.
Meriyada təşkil olunmuş komissiya tərəfindən sadalanan ərazilərdə tikilən bir sira müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə tikililərin sökülməsi üçün müvafiq qaydada məhkəməyə müraciət olunacaq.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qanunsuz tikililərin sökülməsi göstərişləri və bu göstərişlərin yerinə yetirilməsilə bağlı addımları təqdirəlayiqdir: "Bu həm şəhərimizin abadlaşdırılması, həm də vətəndaşların qanuna tabe olması baxımından çox vacibdir. Amma burada bir neçə nüansı nəzərə almaq lazımdır. Birincisi, qanunsuz olsa belə, vətəndaş bunu özbaşına tikməyib. İcra Hakimiyyətinin gözünün qarşısında olub”.

Deputat bildirib ki, indi qanunsuz sayılan sənədlərə həmin vaxt müvafiq icra hakimiyyət orqanlarından ya rəsmi, ya da qeyri-rəsmi razılıq alınıb: "İnsanlar bu razılıq əsasında fəaliyyət göstərib, orada əldə etdikləri gəlirlə ailələrini dolandırıblar. Birdən – birə insanları bu mənbədən məhrum etmək də düzgün deyil. Mənə elə gəlir ki, bu məsələlər ehtiyatla, səbrlə, hətta insanlara kompensasiyalar ödənilməklə icra edilməlidir. Vaxtilə sovet qanunvericiliyində qanunsuz tikililərin sökülməsilə bağlı müvafiq icra hakimiyyətləri məhkəmələr qarşısında iddialar qaldırırdılar. Yalnız məhkəmə iddaları təmin etdikdən sonra söküntüyə icazə verilirdi. Qanunsuz tikililərin sökülməsi inzibati yolla mümkün olsa da, azlıq təşkil edirdi”.

Deputat deyib ki, indi də məsələlərin mübahisələndirilməsi mümkündür: "Çünki insanların bir çoxlarının əlində olan sənədlər də qanunsuz sayılıb. Vətəndaşlar həmin sənədləri məhkəmələrdə mübahisələndirə bilərlər. Bir vaxtlar metroda satış köşklərinin, kioskların ləğv edilməsi fonunda meydana çıxan problemləri gördük. Birdən-birə ləğvetmə insanların sosial həyatına mənfi təsir göstərir. Bu məsələlərə keçmiş mer Hacıbala Abutalıbov, yaxud onun əməkdaşları yol veribsə və indi yeni rəhbərlik buna icazə vermirsə, niyə əziyyəti vətəndaş çəkməlidir? Niyə həmişə təqsir vətəndaşda olmalıdır? Ən azı rəsmi də olmasa, qeyri-rəsmi icazə verilib. Lap tutalım vətəndaş qanunsuzluğa yol verib, İcra Hakimiyyətinin borcu, vəzifəsi idi ki, onun qarşısını vaxtında alsın, nəinki hansısa sövdələşməyə getsin. Yüzlərlə insanın taleyilə bağlı bir anın içində qərar vermək doğru deyil. Avstraliya kimi inkişaf etmiş ölkələrdə köhnə tikililəri birdən-birə sökmürlər, istədikləri yerdə binalar tikmirlər. Vətəndaşların hüquqları qorunur, fikirləri nəzərə alınır, kompensasiya verilir. Ortada təqsir varsa, buna müvafiq İcra Hakimiyyəti orqanları məsuliyyət daşıyır. Problemdən doğan nəticələrin təkcə vətəndaşa yüklənməsi doğru deyil”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib
18:45 06.07.2026
UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
18:32 06.07.2026
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
18:22 06.07.2026
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
18:09 06.07.2026
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
17:58 06.07.2026
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
17:57 06.07.2026
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
17:47 06.07.2026
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar