Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər

Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
SOSİAL
17:34 06.07.2026
186
Paytaxtda kirayə mənzil bazarındakı qiymətlər daim gündəmdə olan mövzulardandır.

Bununla yanaşı, ali təhsil müəssisələrində tədris ilinin başa çatması və tələbələrin bir hissəsinin paytaxtı tərk etməsi fonunda bazarda qiymətlərin necə dəyişəcəyi də maraq doğuran məsələlərdən biridir.

Bəs mövcud vəziyyət bazara necə təsir edəcək?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, daşınmaz əmlak bazarında qiymətlər dövri olaraq artır və bu artım eyni zamanda mövsümi xarakter daşıyır:

"Hər il iyun ayında tələbələrin böyük əksəriyyəti kirayə tutduqları mənzillərdən çıxaraq yay tətilinə başlayır və bu da təbii olaraq kirayə bazarında təkliflərin artmasına səbəb olur. Əvvəlki illərdə bu dövrdə kirayə bazarında qiymətlərin enməsini müşahidə edirdik. Lakin son bir neçə ildə həmin tendensiyada müəyyən dəyişiklik baş verib. Belə ki, bir çox hallarda tələbələr kirayədə qaldıqları mənzilləri təhvil vermir, yay dövründə də Bakı şəhərində qalaraq əlavə işlərdə çalışır və ya müxtəlif kurslara qatılırlar. Eyni zamanda, bir çox tələbə kirayə haqqını birlikdə ödədiklərinə və həmin evlərdə birgə yaşadıqlarına görə qarşılıqlı razılıq əsasında yay aylarında da mənzilləri saxlayırlar. Bunun əsas səbəbi isə odur ki, avqustun sonu, sentyabrın əvvəllərində boş kirayə mənzil tapmaq olduqca çətinləşir".


Onun sözlərinə görə, qiymətlərin artacağı da istisna edilmir:

"Hazırda tələbələrin kirayədə yaşadığı mənzillər sentyabr ayında 15-20 faiz daha yüksək qiymətə bazara çıxarılacaq. Bu baxımdan, hazırda kirayə bazarında təkliflərin əhəmiyyətli dərəcədə artdığını müşahidə etmirik. Eyni zamanda, qiymətlərdə hər hansı ucuzlaşma da qeydə alınmır. Bu səbəbdən hesab etmək olar ki, yay dövründə də kirayə seqmentində qiymətlər ciddi dəyişikliklə üzləşməyəcək və yüksək səviyyədə qalacaq".

Vüqar Oruc vurğulayıb ki, vətəndaşlar sərbəst vəsaitlərini bu istiqamətə yönəltdikləri üçün qiymətlərdə ucuzlaşma gözlənilmir:

"Kirayə mənzil biznesi artıq ölkədə populyar sahəyə çevrilib və investisiya cəlbediciliyi baxımından daşınmaz əmlak prioritet istiqamətlərdən biridir. Həm sahibkarlar, həm də vətəndaşlar sərbəst vəsaitlərini bu sahəyə yatırdıqlarına görə, qiymətlərdə ucuzlaşmadan danışmaq mümkün deyil. İstər kirayə, istərsə də satış seqmentində daşınmaz əmlak bazarı son dövrlərdə investisiya baxımından ən cəlbedici mərhələsini yaşayır. Bu baxımdan, qiymətlərdə ucuzlaşma müşahidə etmirik".
 
Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib
18:45 06.07.2026
UEFA FIFA-nın Folarin Baloqunla bağlı qərarını pisləyib
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
18:32 06.07.2026
Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
18:22 06.07.2026
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
18:09 06.07.2026
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
17:58 06.07.2026
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
17:57 06.07.2026
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
17:47 06.07.2026
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar