Abxaziya “parlament”ində atışma olub, qondarma qurumun deputatı ölüb

DÜNYA
20:25 19.12.2024
224
Gürcüstanın separatçıların nəzarətindəki Abxaziya regionunun "parlament” binasında atışma olub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, insident nəticəsində qondarma qurumun deputatı Vaxtanq Qolandzianın həlak olduğu, daha bir nəfərin yaralandığı bildirilib.

"AMPA-life" Telegram kanalının məlumatına görə, yaralı müxalifət üzvü Kan Kvarçiadır. Məlumata görə, insident qondarma qurumun parlamentində kriptovalyuta mayninqinin qadağan edilməsi haqqında qanun layihəsi müzakirə edilərkən baş verib. Kan Kvarçia və Adqur Xaraziya arasında mübahisə silahlı insidentə çevrilib. Adqur Xarazianın odlu silahdan atəş açması nəticəsində Vaxtanq Qolandzia həlak olub.

OXŞAR XƏBƏRLƏR