Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Belə ki, "VAZ - 2107" və "Hyundai" minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan iki nəfər dünyasını dəyişib.
Ölən şəxslərin qardaş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.











































