Ağcabədidə naməlum avtomobil piyadanı vuraraq öldürdü

Ağcabədidə naməlum avtomobil piyadanı vuraraq öldürdü
Bütün Xəbərlər
13:15 24.03.2014
465
Ağcabədi şəhərində naməlum kişi meyiti aşkarlanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, meyit yol kənarında aşkarlanıb. Müayinə zamanı onun ötən gün axşam saatlarında avtomobillə vurulduğu müəyyən edilib. Ağcabədi Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna bildirilib ki, polis bu gün həmin şəxsin kimliyini müəyyən edib. Amma meyitin şəxsiyyəti açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR