Yaşlı ana oğlunu həbsdən qorumaq istəyib.
Xəbər verildiyi kimi Azərbaycanın Ağcabədi rayonunda 60 yaşlı Tutu Musayeva gəlini Aysel Musayeva ilə mübahisə zamanı ona boyun nahiyəsindən bıçaqla xəsarət yetirib.
AZXEBER.COM xəbər verir ki, Vesti.az-ın aldığı məlumata görə, Ağcabədi rayonu polis idarəsində törətdiyi əməldən sonra qadının idarəyə gələrək cinayət törətdiyi silahı – böyük mətbəx bıçağını təhvil verdiyi deyilib. O, bunu oğlunu həbsdən qorumaq üçün etdiyini söyləyib.
Onun sözlərinə görə gəlininin xəyanət etdiyindən şübhələnib. Musayevanın oğlu çox zaman evdə olmur, qazanc üçün Bakıya gedir. Hər ay evə pul göndərir, gəlin isə...
Bundan başqa ana oğlu xəyanətdən xəbər tutarsa Ayseli öldürəcəyini və bununla da öz həyatını həbsxanada keçirərək məhv edəcəyini düşünür. Ona görə də gəlinini özü cəzalandırmaq fikrinə gəlir.
Hal-hazırda zərərçəkən xəstəxanadadır, onun vəziyyəti stabilləşir. İstintaq orqanları Aysel Musayevanın telefon zəngləri və yazışmalarını əldə etmək üçün əlaqə operatoruna sorğu yollayıblar. Əgər Tutu Musayevanın dedikləri doğru olsa onun cəzası yüngül olacaq. Hələlik isə AR CM 126-cı maddəsi üzrə (ağır bədən xəsarəti yetirmə) cinayət işi açılıb.
Tutu Musayevanın oğlu isə olanları eşidərək, evə qayıdıb.