Ağcabədidə “Uşaq festivalı” keçirildi - FOTOLAR

GƏNCLİK
15:56 17.06.2022
1664
Ağcabədi şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında "Uşaq festivalı” keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, "Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti və Ağcabədi regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda xüsusi qayğıya ehtiyacı olan uşaqlar, şəhid ailələrinin övladları da iştirak ediblər.

Festivalı giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı uşaqları salamlayaraq, festival haqqında məlumat verib. Qeyd edib ki, uşaqların həm intellektual, həm fiziki, həm də sosial inkişafında belə festivalların əhəmiyyəti böyükdür. 

Ağcabədi regional Mədəniyyət idarəsinin əməkdaşı İlkin Mamedov, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova da çıxış edərək, uşaqlara festival zamanı uğurlar arzu ediblər. Ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların sağlamlığının qorunması, qayğısız böyümələri, təlim-tərbiyəsi sahəsində davamlı iş aparıldığını diqqətə çatdırıblar.

Festivalda balacaların istirahət etməsi ilə yanaşı, həm də öz istedadlarını nümayiş etdirmək imkanı yaradılıb. Uşaqlara müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirə, istedadını nümayiş etdirə bilib. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb, müxtəlif yarışlar, interaktiv oyunlar təşkil olunub.

Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin, Ağcabədi şəhər Uşaq musiqi Məktəbinin, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam mərkəzinin, "İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin və 2 saylı körpələr evi-uşaq bağçasının uşaqlarının ifasında təşkil edilən konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadıb.
 
Tədbirin sonunda açıq havada piknik təşkil edilib.
 






OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq