AccessBank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayıb

AccessBank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İQTİSADİYYAT
17:17 16.04.2024
458
16.04.2023.  Sizin yerli Avropa bankınız – AccessBank, 2024-cü ilin 1-ci rübü üzrə maliyyə nəticələrini açıqlayır. Hesabat dövründə müştərilərə etibarlı maliyyə xidmətləri təklif etməklə AccessBank, bazarda mövqeyini möhkəmləndirməyi davam edir. 
 
Ətraflı məlumat əldə etmək üçün: https://www.accessbank.az/az/our-bank/in-figures/

AccessBank, 2024-cü ilin 1-cü rübü ərzində əsas maliyyə göstəriciləri üzrə dinamik artım nümayiş etdirib, hesabat dövründə Bankın xalis mənfəəti 16.5 milyon manat təşkil edib. 

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:

Faiz gəlirləri 24.5% artaraq, 53.1 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 38.9% artaraq 33.2 milyon manata qədər yüksəlib. Qeyri-faiz gəlirləri 4.1 milyon manat təşkil edir.  Xalis əməliyyat mənfəəti isə 1.9 dəfə artaraq, 16.2 milyon manata çatıb. 

Nəticədə, Bankın məcmu kapitalı 155.5 milyon manata yüksəlib ki, bu da Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş minimum tələbdən 3 dəfə çoxdur.

Bütövlükdə, bank maliyyə əlçatanlığının təmin edilməsi strategiyasını davam etdirmiş və ötən ilin analoji dövrü ilə müqayisədə cəmi kredit portfelini 17.9% (157.6 milyon) artıraraq 1,035 milyon manata yüksəltmişdir. 

Portfelin artımı biznes sektoruna, xüsusən də, mikro seqmentə verilmiş kreditlər hesabına formalaşıb. Biznes sektoruna verilmiş kredit portfelinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə 18.9% (127.5 milyon) artaraq 801.6 mln manat təşkil edib. 

Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq, hesabat dövrünün sonunda 1.4 milyard manata çatıb. 

Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 965.4 milyon manat təşkil edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar . 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
07:28 17.10.2026
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?