AccessBank “Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri” layihəsinə qoşuldu - FOTOLAR

AccessBank “Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri” layihəsinə qoşuldu - FOTOLAR
İQTİSADİYYAT
12:32 04.04.2024
482

Sizin yerli Avropa bankınız – AccessBank, ölkəmizin regionlarında qadın sahibkarlara dəstək layihəsinə qoşulub. AccessBank qadınlara sahibkarlıq sahəsində uğur qazanmaq üçün lazım olan məsləhət xidmətləri, resurslar və kommunikasiya imkanları yaradır.  

AZXEBER.COM xəbər verir ki, «Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri» layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilir və Beynəlxalq Özəl Müəssisə Mərkəzi  (CIPE) tərəfindən AccessBank-ın dəstəyi ilə həyata keçirilir. Layihə 2022-ci ilin oktyabr ayından başlayıb və 2024-cü ilin sentyabr ayına qədər davam edəcək. Layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Salyan və Şəkidə (kəndlər daxil olmaqla) təlimlər təşkil edilir.

Layihənın məqsədləri qadınların bilik və bacarıqlarını inkişaf etdirərək peşəkar şəbəkələr yaratmaqla onların sahibkarlıq fəaliyyəti və ya keyfiyyətli işlərdə iqtisadi imkanlarını artıraraq sosial-iqtisadi iştirakı və liderliyinə dəstək göstərmək, qadınların ehtiyac və istəkləri əsasında sahibkarlıq və biznes bacarıqlarını gücləndirmək, və onların davamlı cəmiyyətlə əlaqəsini gücləndirməkdən ibarətdir. 

İndiyə kimi Salyanda keçirilən təlimə 9 nəfər, Xaçmazda – 18 nəfər, Bakıda isə 19 nəfər cəlb edilib. Xaçmaz şəhərində 10 gün davam edən "Qadınlar bizneslə məşğul olur” təlim kursunda liderlik, kommunikasiya, maliyyə və satışın proqnozlaşdırılması, marketinq, maliyyə planı, biznes planı kimi mövzular keçirilib. Əlavə olaraq, AccessBank-ın Baş Ofisində qadınlar üçün "Biznesdə stresin idarə edilməsi” mövzusunda təlim keçirilib, xanımlara stresli situasiyalarda davranış qaydaları və stres ilə mübarizə yolları barədə məlumat verilib.

AccessBank tərəfindən təlimçi qismində Marketinq departamentinin rəhbəri Yuliya Jurenkova və Mikro və Aqro müştərilər üzrə Menecer Elməddin Hacıyev cəlb ediliblər.

"Layihədə iştirakımız korporativ sosial məsuliyyət tədbirlərinin tərkib hissəsidir. Biz, Azərbaycanda sahibkarlığın potensialının inkişafına daim dəstək oluruq. Təlimlərin gedişatı və nəticələr kifayət qədər uğurludur, biz, bundan sonra da qadın sahibkarları bizneslərini uğurla inkişaf etdirmək üçün lazımi resurs və biliklərlə təmin edəcəyik. Bu, mühüm layihəyə töhfə  verən və əməkdaşlıq edən hər kəsə təşəkkürümü bildirirəm”, - AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.

CIPE:

Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) idarəetmə və iqtisadi inkişafın birləşməsində fəaliyyət göstərən, yerli çətinliklərə biznes assosiasiyaları, beyin mərkəzləri və digər təşkilatlarla əməkdaşlıq edərək özəl sektora yönəlmiş həllər həyata keçirən biznes yönümlü QHT-dir. CIPE-nin missiyalarından biri özəl sahibkarlığı və bazar yönümlü islahatları gücləndirməkdir.

AccessBank:

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar. 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
07:28 17.10.2026
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?