AccessBank Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafına vəsait cəlb etdi

AccessBank Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafına vəsait cəlb etdi
İQTİSADİYYAT
11:34 09.10.2025
574

AccessBank, mikro, kiçik və orta sahibkarlıq subyektləri (MKOS) üçün enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə Global Climate Partnership Fund S.A. (GCPF, responsAbility Investments AG tərəfindən idarə olunur) ilə 7,5 milyon ABŞ dolları məbləğində yeni kredit sazişi imzalayıb.

Bu, GCPF ilə əməkdaşlığın ikinci mərhələsidir. Birinci tranş 2023-cü ilin dekabr ayında, COP29 ərəfəsində uğurla həyata keçirilmiş və yaşıl layihələrin maliyyələşdirilməsinə yönəldilmişdi. Yeni, daha böyük həcmli tranş Azərbaycanın yaşıl inkişaf gündəliyinin dəstəklənməsinə xidmət etməklə yanaşı, AccessBank-ın ekoloji dayanıqlı həllərin və məsuliyyətli biznes təcrübələrinin təşviqində rolunu daha da möhkəmləndirir.

"GCPF ilə əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın iqtisadiyyatının dekarbonizasiyası ilə şaxələndirilməsinə töhfə verməkdən qürur duyuruq. Yaşıl maliyyələşmənin genişləndirilməsi həm dayanıqlı iqtisadiyyatın formalaşmasına, həm də mikro, kiçik və orta sahibkarlığın inkişafına əhəmiyyətli dəstək olacaq.”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir