AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub

AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
İQTİSADİYYAT
14:35 17.04.2024
413

Davamlı inkişaf və məsuliyyətli biznes prinsiplərinə sadiq olan AccessBank, qürurla Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə (UN Global Compact) qoşulduğunu elan edir.

BMT-nin Qlobal Sazişi biznes strukturlarını davamlı inkişaf fəaliyyətə cəlb edilməsi, eləcə də dövlət və korporativ sektorlar arasında qlobal tərəfdaşlığın formalaşdırılmasına yönəlmiş ən böyük beynəlxalq təşəbbüsdür.

AccessBank-ın Qlobal Sazişdə iştirakı davamlı inkişaf məqsədlərinin və ESG (Ekoloji, Sosial, İdarəetmə) prinsiplərinin - ətraf mühit, sosial və korporativ məsuliyyətin fəal şəkildə təşviqi deməkdir. BMT-nin Qlobal Sazişinə qoşulmaqla AccessBank, insan hüquqları, ətraf mühit, əmək münasibətləri və korrupsiyaya qarşı mübarizə sahələrində Qlobal Sazişin on prinsipini dəstəkləmək öhdəliyini üzərinə götürür. Bank həmçinin BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Strategiyasına daxil edilmiş 17 davamlı inkişaf məqsədini həyata keçirməyi də öhdəlik olaraq qəbul edir.

BMT Qlobal Sazişinin üzvü kimi AccessBank bütün əməliyyatlarda və biznes tərəfdaşlıqlarında insan hüquqlarını dəstəkləməyə və qorumağa, beynəlxalq standartlara cavab verən rahat iş mühitini təmin etməyə, ətraf mühitin qorunması və çirklənmənin qarşısının alınması istiqamətində tədbirlər görməyə və bütün sahələrdə korrupsiyaya qarşı mübarizə aparmağı davam edəcək.

"BMT Qlobal Sazişinə qoşulmaq bizim davamlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyimizi əks etdirir. İnanırıq ki, bu prinsipləri strategiyamıza inteqrasiya etmək bizə yalnız riskləri daha yaxşı idarə etməyə deyil, həm də müştərilərimiz, işçilərimiz və bütövlükdə cəmiyyət üçün daha böyük dəyər yaratmağa imkan verəcək. Biz daha məsuliyyətli və davamlı dünyaya doğru qlobal hərəkatın bir hissəsi olmaqdan qürur duyuruq”, - AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərəxidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar.

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
08:10 17.10.2026
Alimlər ilk dəfə "Yaşıl ulduz"u kəşf edirlər
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
08:03 17.10.2026
Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
07:52 17.10.2026
“Bloomberg”: Aİ ABŞ və Rusiyaya qarşı Arktikada yeni proqram hazırlayır
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
07:28 17.10.2026
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?